Təşəkkür, şeytan... (hekayə)
Qırılmış saatımın şüşəsini əlimdən yerə atmamışdım. Şüşə başdan-ayağa qana bulanmışdı. Üstümdə heç bir silah olmadığından saatımın şüşəsini qırıb onun boğazını kəsmişdim. O, az bir vaxtda qanitirmədən ölmüşdü. Polislər qollarımı qandallayıb aparmaq istəyirdi, ancaq onlardan öldürdüyüm qadına baxmaq üçün bir az izn istədim. Onun gözləri eyni nöqtəyə baxırdı, rəngi də ağarmışdı. Qəribə bir sükunət bütün varlığımı bürümüşdü. Ürəyim çox sakit idi. Sanki onu öldürməyə uzun zaman hazırlaşmışdım. Onun cəsədinin üzərinə qəzet örtdülər, metropolitendə olan insanların bəziləri cəsədə baxır, bəzilərisə qışqıra-qışqıra qaçırdılar. Ancaq bir şeyi aydın hiss edirdim ki, hamı mənə nifrət dolu baxışlarla baxır. Sanki mən bir insanı yox, milyonlarla insanı öldürmüş terrorist, insan cəlladı idim. Onu öldürməyimə o qədər şad idim ki, sanki mənə dünyanın ən əvəzedilməz, arzuladığım hədiyyəsini almışdılar. Onun cəsədinə baxmaq, öldüyünü hiss etmək mənə əla təsir bağışlayırdı. Ən azından onun bir daha nəfəs ala, danışa, yeriyə bilməyəcəyini bilirdim.
Davamı...
Açar sözlər:


